Dünya

İran nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planı hazırlayacaq

27 İyul 2014 12:44
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İran Parlamentinin spikeri Əli Laricani ölkəsinin nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planı tərtib edilməsi ideyasını irəli sürüb". Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

M.Həqiqətpur deyib ki, parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləriin spiker Əli Laricani ilə olan görüşündə , o, İranın nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planının tərtib edilməsi və onun parlamentdə təsdiq olunmasını təklif edib.
 

M.Həqiqətpurun sözlərinə görə, bu haqda ilkin danışıqlar aparılıb. "Mövcud qanunların dəyərləndirilməsini aparacaq və nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planını tərtib edəcəyik", - deyə Həqiqətpur bildirib

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətləri ilə bağlı işə götürmə, ekologiya və təhlükəsizlik sahələrində bir sıra yeni qanunların təsdiq olunmasına ehtiyac duyulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.