Dünya

Sabiq prezident ömürlük məhkum edildi

25 İyul 2014 19:48
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev və onun qardaşı Janıbek haqda qiyabi həbs cəzası verilib

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev və onun qardaşı Janıbek Bişkek qarnizonunun Hərbi məhkəməsinin qərarı ilə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Milli.Az bildirir ki, anspress-in məlumatına görə, siyasətçi qardaşlar ölümə qəsddə əlbir olmada günahkar hesab edilirlər.

Onlar, həmçinin qətl təşkillərində və vəzifə səlahiyyətlərini dəfələrlə aşmada ittiham edilirlər.

Məhkəmə Bakiyevlərin ailəsinin əmlakını müsadirə etməyə qərar verib.

Bir sıra məmurlar isə 2010-cu ilin aprelində Bişkekdə dinc nümayişçilərin güllələnməsi haqqında iş üzrə böyük həbsxana müddətlərinə məhkum ediliblər.

Qeyd edək ki, Kurmanbek Bakiyev artıq üç ildir Belarusdadır. O, burada vətəndaşlıq alıb və vətənə qayıtmaq fikrində deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.