Dünya

"Qapazaltı" Ermənistan: ermənilər yaşadıqları ölkədən utanırlar

25 İyul 2014 15:09
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan Gömrük İttifaqına qoşulur. Ölkə rəhbərliyi Rusiyanın böyük nüfuz sahibi olduğu bu quruma qoşulmağa ilk dəvətdən razılıq verir. Və bu razılıq ölkə əhalisindən xəbərsiz baş verir. Əhali xəbər tutduqda isə hər şey gecdir, Ermənistan digər adı Avrasiya İttifaqı olan quruma de-fakto qoşulub artıq. Ölkə və onun rəhbərliyi öz müqəddəratını təyin edə bilmədiyini bir daha sübut edir və başqa bir dövlətin diktəsi ilə addım atır.

Serj Sarkisyan Avrasiya İttifaqının Astanada baş tutan iqtisadi sammitində iştirak edir. Müzakirələr zamanı qazax həmkarı Nursultan Nazarbayev onu sərt şəkildə ittiham edir. Sarkisyan isə adəti üzrə susur. Və bununla öz ölkəsinin zəif və aciz mövqeyini ortaya qoyur.

Prezident Sarkisyan Cənubi Amerikaya səfər edir. Argentina prezidenti onunla görüşmür və görüşə öz nazirini göndərir. Daha bir Sarkisyan fiaskosu baş verir.

Milli.Az bildirir ki, yuxarıda göstərilən hadisələr Ermənistan və onun rəhbər şəxsinin repertuarında olan fiaskoların sadəcə kiçik bir qismidir. Baş verən bütün bu hallar əhalini bezdirib. Sosial şəbəkədə müzakirə aparan ermənilər "qapazaltı" və "yedək" dövlətdə yaşamaq istəmədiklərini bildiriblər. Onların sözlərinə görə, Ermənistan hətta özü ilə bağlı qərarları belə kənardan aldığı göstərişlər altında verir. Belə bir dövlətin vətəndaşı olmaq utancvericidir ermənilərə görə. İnsanların ölkədən getməsinin səbəblərindən biri də budur. Ölkənin regionda və dünyada ciddi fiqur kimi nəzərə alınmaması əhalinin Sarkisyan rejiminə inamını azaldır və paralel olaraq nifrətini artırır.

Son zamanlarda kəskin vüsət alan analoji tənqidlər Sarkisyanın üzü bəzək, içi təzək hakimiyyətinə zərbələr endirir. Eyni nöqtəyə vurmağa başlayan ermənilər tezliklə bu qalanı yıxacaqlarına inanırlar.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.