Dünya

Ermənilər Serj Sarkisyanın milli mənsubiyyətini şübhə altına aldılar

25 İyul 2014 11:48
1 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənilərin Serj Sarkisyan söhbəti bitmir ki, bitmir. "Böyük Ermənistan"ın kiçik lideri öz sakinləri üçün davamlı tənqid və müzakirə mövzusuna çevrilib.

Milli.Az bildirir ki, bu yaxınlarda sosial şəbəkələrin birində Serj Azatoviçin özü, etdikləri, etmədikləri, bacarıqları və digər xüsusiyyətləri ermənilər arasında müzakirə olunub. Ermənilər onu dünya liderləri ilə müqayisə edərək ən zəif və ən son sırada olan prezident kimi qələmə veriblər. Eyni zamanda onu rüşvətxor və avtoritar liderlər arasında da göstəriblər.

Ermənilərin fikrincə, Serj Sarkisyan siyasətdən uzaqlaşmalıdır, çünki siyasi xadim kimi heç bir özəlliyə malik deyil. Ölkəsinin nüfuz və hörmətdən kasad olması onun bacarıqsızlığının nəticəsidir. Ermənilərə görə, Ermənistan Qafqaz regionuna ayrılan beynəlxalq diqqətdən heç bir pay almamasına görə öz prezidentinə borcludur. Regiondakı dövlətlər iqtisadi və siyasi baxımdan yüksəlir, amma Ermənistan onların getdiyi yolun əksi istiqamətində addımlayır.

Müzakirənin ən maraqlı hissəsi isə Serj Sarkisyanın milli mənsubiyyəti barədə söylənən fikirlər olub. Ermənilər düşünürlər ki, Sarkisyan milliyyətcə erməni deyil və tam olaraq erməniyə bənzəmir. Prezidentin etnik kökünün şübhə altına alınması onun Ermənistan və ermənilərə qarşı nifrəti ilə əlaqələndirilir. Yəni, əgər ermənidirsə, o zaman nə üçün erməniləri bu hala salıb!? Belə bir adamın ölkənin rəhbər postunda nə işi var!? Ermənilər iddia edirlər ki, Sarkisyanın milli mənsubiyyəti şübhələr yaratmağa başlayıb. Ermənilər bir-birinə dəstək olan millət kimi tanınsa da, Serj Sarkisyan bu prinsipin əleyhinə işlər görür. Nə yerli əhalisini adam yerinə qoyur, nə də diaspor ermənilərini. Belə hərəkəti isə ancaq qeyri-millətdən olan bir kəs edə bilər. Bunları nəzərə alan ermənilər prezidentin erməni olmadığını bildirirlər.

Ermənistanı erməni olmayan biri idarə edir - çox maraqlı və qeyri-adi səslənir. Öz seçdikləri prezidentin, milyonlarla ermənini idarə edən şəxsin milliyyətinə şübhə etmək dolayısı ilə öz etnik kökünə şübhə etməkdir. Nə bilmək olar, bəlkə də ermənilərin gözlərindəki yalan pərdəsi qalxır və həqiqət tamaşası başlayır...

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.