Dünya

Ən zəngin alman öldü

25 İyul 2014 09:41
1 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karl Albrextin varidatı 18,5 milyard avro olub

Almaniyanın ən zəngin sakini Karl Albrext ölüb.

Anspress-in məlumatına görə, Karl Albrext qardaşı Teo ilə birlikdə "Aldi" ərzaq mağazaları şəbəkəsinin banisi idi. Ən zəngin almanın 94 yaşı var idi.

Albrexti 89 yaşında vəfat edən həyat yoldaşı Mariyanın yanında, Essena şəhər qəbristanlığında dəfn ediblər. Albrextdən iki yaş kiçik olan qardaşı Karl Teo dörd il əvvəl ölüb.

Karl Albrextin varidatı daşınmaz əmlakları sayılmadan 18,5 milyard avro olub. Onun daşınmaz əmlakının dəyəri 20 milyard dəyərində qiymətləndirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.