Dünya

İsrail bombardman ediləcək

25 İyul 2014 09:38
2 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsrail-Fələstin qarşıdurmasında dinc müsəlmanların həlak olması bir sıra islami hərəkatları narahat etməyə başlayıb.

Anspress-in məlumatına görə, "Fələstin İslam Cihadı" hərəkatının silahlı qanadı olan Qüds hərbçiləri İsrailə qarşı "mühasirəni yarmaq" adı altında hərbi əməliyyat keçirəcəyini açıqlayıb.

"Qüds səriyyələri" adlandırılan hərbçi qruplaşma günlərdir mühasirə altında olan Qəzzaya görə İsrailin paytaxtı Təl-Əviv şəhəri də başda olmaqla, bir sıra şəhərlərini 115 raketlə bombardman edəcəklərini bildiriblər.

Əməliyyatlar çərçivəsində hədəf seçilən şəhərlər bunlardır: Təl-Əviv, Aşdod, Birşeva (Biri Səba), Askalan və İsrailin cənubundakı Qəzza zolağında bəzi məntəqələr.

Xatırladaq ki, iyunun 12-də 3 yəhudi uşağın ölümü ilə başlayan qarşıdurmada bu günədək İsrailin havadan, qurudan və dənizdən Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 797 fələstinli dünyasını dəyişib, 5130 nəfər yaralanıb.

İsrail ordusu isə Qəzzaya hücumundan bəri 32 əsgərinin öldüyünü bildirsə də, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bu sayın 76 olduğunu açıqlayıb. Bu hücumlar nəticəsində 435 israilli vətəndaşın isə yaralandığı bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.