Dünya

İŞİD peyğəmbərə aid türbəni havaya uçurdu - VİDEO

25 İyul 2014 10:08
3 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçular daha əvvəl Yunus peyğəmbərin sərdabəsini gürzlə dağıtmışdılar

Daha əvvəl Yunus peyğəmbərin sərdabəsini gürzlə uçuran İŞİD terrorçuları bununla kifayətlənməyərək sərdabənin yerləşdiyi türbəni də dinamitlə havaya uçurublar.

10 iyundan bəri İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İŞİD terror təşkilatı yenə də dinc durmayıb.

Anspress-in məlumatına görə, Mosul, Telafer və Kərkükdə İslam alimlərinə aid türbələri və şiə məscidlərini dinamit istifadə edərək partladan təşkilat bu dəfə Mosulda Yunus (ə.) peyğəmbər türbəsi kimi tanınan tarixi məkanı eyni üsulla havaya uçurub.

Müsəlmanlar və xristianlar üçün də müqəddəs sayılan Yunus (ə.) peyğəmbər türbəsinin partladılması iraqlılar arasında kəskin reaksiya ilə qarşılanıb. Hicri-qəməri tarixi ilə 134-cü ildə tikilən məscid hər il çox sayda yerli və xarici turist tərəfindən ziyarət edilirdi.

Hətta türk zəvvarlar müqəddəs torpaqlara həccə gedərkən buranı ziyarət etməyi həcc ziyarətində tamamlayıcı bir ibadət olaraq görürdülər.

Qeyd edək ki, daha öncə türbədə olan qəbirlərin gürzlə dağıdılmasının videosu yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.