Dünya

Netanyahuya təşəkkür edən misirli jurnalist öldü

25 İyul 2014 10:33
0 Şərh     Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təşəkkürlər, Netanyahu, Allah sənin kimilərin sayını çoxaltsın ki, "Həmas"ı yox etdin!"

Qəzzaya qarşı başlatdığı hərəkata görə İsrail baş naziri Benyamin Netanyahuya təşəkkür edən misirli qadın jurnalist qəflətən ölüb.

Anspress-in xəbərinə görə, Qahirənin 100 kilometrliyindəki Ayn əl Suhnada yerləşən bağ evində qəflətən vəziyyəti pisləşərək ölən İzzə Saminin dəqiq ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Sami sosial şəbəkədəki şəxsi səhifəsində İsrail baş naziri Netanyahuya təşəkkür etmişdi.

"Allah sənin kimilərin sayını çoxaltsın və İxvanın (İxvanul müslimin-Müsəlman qardaşlar) cəsusluq, xainlik və korrupsiya qolu olan "Həmas"ı yox edəsən. And içirəm ki, bu elədiklərin haramdır deyənlərə nə edəcəyimi bilmirəm", - deyə qadın jurnalist ismarışında qeyd edib.

Misirdə nəşr olunan "Misri əl Yəum" qəzeti qadının ölüm xəbərini ""Təşəkkürlər, Netanyahu" sözünün sahibi öldü" başlığı ilə verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.