Dünya

Fələstin xalqı ayağa qalxdı - VİDEO

25 İyul 2014 10:02
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə KİV bütün İsraili bürüyən qiyamı "İsrail baharı" adlandırır

Fələsitinlilər İsrailin 17 gündür davam edən Qəzza əməliyyatına qarşı küçələrə çıxıblar.

Anspress-in məlumatına görə, Türkiyə KİV yaşanan qiyamı "3-cü intifada" və ya "İsrail baharı" adlandırır.

Məscid-i Əqsa, Ramallah, İordan çayının qərb sahili və Ramallah ilə Qüds arasındakı Kalandiya bölgəsindən on minlərlə insan Qəzzaya doğru yürüşə keçib. İzdiham qarşısında polis qaçmağa üz tutsa da, yürüşə mane olmaq istəyən İsrail əsgərlərinin atəş açması nəticəsində iki fələstinli həyatını itirib.

Ramallahda Kalandiya bölgəsində 20 mindən çox fələstinli Qəzzaya dəstək olmaq və İsrailə qarşı müqavimət göstərmək üçün küçələrə tökülüb. Məscid-i Aqsada isə təravih namazından sonra minlərlə fələstinli nümayiş keçirib. Qüdsə doğru gedən qrupla İsrail əsgərləri arasında şiddətli qarşıdurmalar baş verib.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.