Dünya

Kraliçaya tribunada meydan oxudular - FOTO

25 İyul 2014 10:51
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın paytaxtı Qlazqoda Birlik Oyunları (Commonwealth Games) davam edir.
 

Britaniya kraliçası 2-ci Yelizaveta da turnirin matçlarına tamaşa edənlər arasında idi. Onu əri, Edinburq hersoqu Filip Mauntbatten müşayiət edirdi.

Qlazqo Milli Hokkey Mərkəzində (Glasgow National Hockey Centre) İngiltərə və Uelsin otüstü hokkey yığmaları arasındakı matça tamaşa edəndən sonra kraliça üzgüçülük yarışlarına yollanıb.
 

Və burada o, problemlə qarşılaşıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Tollcross International Swimming Centre"də tribunada əyləşən kraliça yarışı seyr etməkdə çətinlik çəkib.

Səbəbkar onun qarşısında, aşağıdakı oturacaqda əyləşmiş hersoginya Annabel Uaythed idi.
 

Hersoginyanın başındakı iri şlyapa kraliça 2-ci Yelizavetanın yarışları rahat seyr etməsinə mane olub.
 

Müşahidəçilərin fikrincə, olayın kökü Britaniyada Vindzorlar və Uaythedlər sülalələrinin taxt-tac uğrunda 5 əsrdən bəri davam edən qarşıdurmasıdır.

Britaniya kraliçası 2-ci Yelizaveta Vindzor, hersoginya Annabel isə Uaythed sülaləsinin mənsubudur.
 

Ənənələrə və qaydalara görə, Britaniyada yalnız Uaythed sülaləsinin mənsubları kral və ya kraliçanın yanında istədikləri yerdə otura bilərlər.

Bundan başqa, Uaythed hersoginyası kraliçanın zümrüd rəngli əlbisə geydiyini öyrənən kimi yaşıl rəngdə paltar geyərək turnirə yollanıb.

Qlazqodakı olay da hersoginya Uaythedin kraliçaya meydan oxuması kimi dəyərləndirilib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.