Dünya

Şəriət məhkəməsində edam cəzası aldı, Papa ilə görüşdü - FOTO

25 İyul 2014 11:42
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanlı xristian Məryəm İbrahim dinindən döndüyü üçün edam cəzası almışdı.

Sudanın paytaxtı Xartumdakı Ali Şəriət Məhkəməsi 27 yaşlı qadını İslamdan üz döndərərək xristianlığı qəbul etməkdə suçlamış və onun asılmasına qərar vermişdi.
 

Ərinə xəyanət və zinakarlıq etdiyinə görə qadına asılmazdan əvvəl 100 şallaq vurulmalıydı.

Məryəmin qardaşı polisə şikayətlənərək "bacım xristian adətlərinə uyğun olaraq ərə gedib" demişdi.
 

Dünən Roma Katolik Kilsəsinin rəhbəri, Papa 1-ci Fransisk Vatikanda sudanlı xrstian qadın Məryəm İbrahim və onun ailəsini qəbul edib.

"Bu görüş Papanın dininə və etiqadına görə əziyyət çəkənlərlə yaxın olması nişanəsidir. Ona görə də Papanın jesti adi görüş çərçivəsindən sıxaraq simvolik hadisəyə dönür", - Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi bildirib.
 

Papa 1-ci Fransisk sudanlı qadını, habelə onun əri, əlil arabasında olan Deniel Vanini və iki övladını da qəbul edib.

Məryəm sonbeşiyini Xartumda həbsxanada olanda dünyaya gətirmişdi.
 

M.İbrahimin atası müsəlman, anası efiopiyalı xrsitiandır. 6 yaşı olanda atasının ailəni tərk etdiyi Məryəmi anası xristian adətlərinə uyğun böyütsə də, Şəriətə görə, müsəlman sayılır.

Mayın ortalarında o, edam cəzası almışdı.
 

Məhkəmədə Məryəm xristianlıqdan imtina etmədiyini və anasının böyütdüyü təki, xristian qalacağını demişdi. Qadın həbs olunanda hamiləliyin 8-ci ayında olduğu üçün edam təxirə salınmışdı. İyunun 23-də Sudanın Ali Apellyasiya Məhkəməsi Məryəmi azad edib.
 

Məryəm İbrahim və ailəsi İtaliyanın baş naziri Matteo Rensinin təyyarəsi ilə Romaya yollanmışdı. Roma hava limanında onu M.Rensi və xarici işlər naziri Federika Moqerini qarşılayıblar.
 

İtaliyada bir neçə gün qalandan sonra ailə ABŞ-a yollanacaq.

Məryəm İbrahimin əri Deniel Vani ABŞ vətəndaşıdır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.