Dünya

Azərbaycanlı milyarder lüks istirahətdə - FOTO

24 İyul 2014 18:00
0 Şərh     Baxış: 3 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən varlı iş adamlarından biri, Rusiyanın "Nortqaz" korporasiyasının banisi və sahibi Fərhad Əhmədov ailəsi ilə birlikdə Türkiyədədir.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 59 yaşlı azərbaycanlı milyarder xanımı və üç övladı ilə birlikdə "Luna" yaxtasındadır. 115 metr uzunluğu olan yaxta Türkiyənin Muğla vilayətinin Datça rayonundakı Knidos sahillərindədir.
 

Fərhad Əhmədov reportyorları görəndə yaxtadan onlara əl edərək deyib: "Buraların təbiəti, tarixi mükəmməldir. Dünyanın ən gözəl yerləridir. Qiymətini bilək!"
 

Fərhad Əhmədov və ailəsi Bodruma özəl təyyarə ilə yollanıblar. Orada helikopterə minən ailə Yalıkavakdakı Küdür kəndinə yollanıb. Kəndi bir qədər dolaşandan sonra Əhmədovlar ailəsi "Luna" yaxtasına yönəliblər.
 

"Luna" bir müddət sonra Knidos sahillərindən 5 km aralıda lövbər atıb. Fərhad Əhmədov 4 mühafizəçisinin müşayiəti ilə ailəsini Knisdosdakı xərabələrə aparıb.
 

Tarixi məkanı dolaşandan sonra F.Əhmədov ailəsi ilə birlikdə 11 metrlik katerə oturublar.
 

Ailə Yakaköy kəndində sahilə çıxıb yerli restoranlardan birində nahar edib. Fərhad Əhmədov restoranda 20 kq badam alıb.
 

F.Əhmədov "Luna" yaxtasını rusiyalı milyarder Roman Abramoviçdən 180 milyon dollara satın almışdı.
 

Superlüks, iki hovuzu da olan yaxtada 20 heyət üzvü, 10 mühafizəçi var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.