Dünya

"HƏMAS tərk-silah olmayacaq"

24 İyul 2014 15:07
0 Şərh     Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
HƏMAS hərəkatı İsrail işğal edilmiş Fələstin torpaqlarını azad etməyənədək tərk-silah olmaq niyyətində deyil. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbəri Xalid Məşəl bildirib.

Onun sözlərinə görə, ilk növbədə İsrail tərk-silah olmalıdır.

X.Məşəl qeyd edib ki, İsrail Fələstindəki yəhudi məskənlərində dinc sakinlərin yaşadığını iddia edir: "Əslində isə belə deyil, çünki onlar Fələstinin işğal edilmiş ərazilərində yaşayırlar".

O deyib ki, İsrailin təcavüzü ilə qarşılaşan Qəzza əhalisinin özünümüdafiə hüququ var.

Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 800-dən çox insan öldürülüb.

İsrail ordusu isə 45 hərbçi itirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.