Dünya

Türkiyədə şəhər "erməniləşdirilir"

24 İyul 2014 18:23
3 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Van vilayətindəki Erdemit bələdiyyəsinə aparan yolda erməni və kürd dillərində yazının yer aldığı yol nişanı qoyulub.
 

Kürdlərin Demokratik Bölgələr Partiyasının (DBP) bələdiyyə seçkisində qalib gəldiyi Erdemitin girişindəki yol nişanındakı lövhəyə "Erdemit bələdiyyəsi" sözləri türk, ingilis və kürd dilləri ilə yanaşı, erməni dilində də yazılıb.
 

Erdemitin bələdiyyə sədri, DBP mənsubu Sevil Rojbin Çetin deyib: "Məqsədimiz erməni xalqına qarşı düşmənçiliyin aradan qaldırılmasıdır. Kürdlərin tarix boyu Anadoluda birgə yaşadığı qədim erməni xalqı ilə tarixi, mədəni və ictimai əlaqələrimiz var.

1915-ci ildəki erməni sürgünlərindən əvvəl Erdemit ermənilərin ən sıx yaşadığı yerlərdən biridir. Vanda kürdlərlə ermənilər əsrlər boyu qardaş kimi yaşayıblar. Buna görə də Türkiyədə dövlətin əli ilə ermənilərin tarix və mədəni irsinin yox edilməsinə yol verməyəcəyik".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.