Dünya

ABŞ İranla biznes əlaqələrinə başladı

24 İyul 2014 12:54
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ən iri aviasiya texnikası istehsalçısı "Boeing Co" konserni İran Air şirkəti ilə təyyarə ehtiyat hissələrinin satışına dair müqavilə bağlayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Boeing 1979-cu ildən bəri bu İran şirkəti ilə əməkdaşlıq edən ilk şirkətdir.

Əməkdaşlıq sazişi bu ilin ikinci rübündə bağlanılıb. Amerika şirkəti İran Air-ə təyyarə ehtiyat hissələri, təlimatlar, aeronaviqasiya xəritələri və məlumatları, o cümlədən təyyarələrin modifikasiyası, ehtiyat hissələrinin dəyişdirilməsi, vəziyyətinin yoxlanılması ilə bağlı təlimatlar verəcək.

Bundan başqa, İran Air-in törəmə şirkəti olan İran Air Tours-a da analoji xidmətlərin göstərilməsi istiqamətində danışıqlar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.