Dünya

Türklər Liviyanı tərk edirlər

24 İyul 2014 11:03
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Xarici İşlər Nazirliyi Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar öz ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb.

Bu barədə Trend cümə axşamı Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər yayıb.

Bundan əlavə, XİN türkiyəli vətəndaşları Liviyaya səfər etməkdən çəkinməyə çağırıb.

2011-ci ildə Liviya lideri Müəmmər Qəzzafinin devrilməsindən sonra ordu ilə Benqaziyə nəzarət edən hərbiləşdirilmiş qruplaşmalar arasında toqquşmalar, demək olar ki, hər gün baş verir.

Benqazidə silahlı qruplaşmalarla hökumət qoşunları arasında ilk silahlı toqquşma bu ilin yazında baş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.