Dünya

ABŞ-da cinayətkarı işgəncə ilə öldürdülər

24 İyul 2014 10:51
1 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da barəsində ölüm hökmü çıxarılmış Cozef Vud Arizona ştatının həbsxanasında edam edilib. Ona ölümcül iynə vurulduqdan sonra iki saat ərzində can verib, əzab çəkib. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Cozef Vud bir saat ərzində ağzını əli ilə tutub çətin nəfəs alıb.

Reuters-in məlumatına görə, 55 yaşlı Vud 1989-cu ildə ana və qızı birlikdə öldürməkdə günahkar bilinib.

Onun edamına saat 13:52-də başlayıblar. 15:49-da isə onun artıq öldüyü bildirilib. Aradan keçən vaxt ərzində onu müdafiə etməyə çalışıblar. Ona zəhər əleyhinə iynə vurulmasını tələb etsələr də faydasız olub.

Hüquq müdafiəçiləri bildirirlər ki, məhkumun ağrısız edamını nəzərdə tutan konstitusiya hüququ pozulub.

Arizona ştatının qubernatoru baş verən hadisə ilə bağlı narahatlığını ifadə edib. Müvafiq orqanlara lazımi araşdırma aparmağı tapşırıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.