Dünya

ABŞ BMT-nin İsrail qərarına qarşı çıxdı

24 İyul 2014 09:17
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sözcüsü: beynəlxalq ictimaiyyətdə tək qalsaq belə, İsraili müdafiə edəcəyik

ABŞ xarici işlər nazirliyi sözcüsü Marya Harf Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının İsrailin hücumlarında yaşanan insan haqları və humanitar hüquq pozuntularını araşdırmaq üçün müstəqil beynəlxalq araşdırma komissiyası yaradılması qərarını "tək tərəfli" olaraq qiymətləndirib.

Anspress-in məlumatına görə, ABŞ-ın nə üçün belə bir araşdırma komissiyasının yaradılmasının əleyhinə səs verdiyi sualına Harf: "Tək tərəfli qərardır. İnsan Haqları Şurasının bugünkü xüsusi iclasına güclü şəkildə qarşı çıxırıq və çıxan qərarı Şuranın qərəzli şəkildə İsrailə qarşı hərəkətlərinin ardıcıllığının son nümunəsi olaraq görürük. Burada kimsə Həmasın raketlərindən danışmır. Heç kəs İsrailin xaricində burada başqa bir şeyi araşdırmağı təklif etmədi. Təkrar edirəm: tək tərəfli olduğu üçün qərara qarşı çıxırıq", - deyə cavablandırdı.

Jurnalistlərin ABŞ-ın qərara qarşı səs verən tək ölkə olduğunu xatırlatmasına isə Harf Avropada 17 ölkənin də bitərəf səs verdiyini bildirdi.

Bundan əlavə, Harf: "Daha əvvəl də dəfələrlə təkrarladığımız kimi, bunu açıq söyləyirik: beynəlxalq ictimaiyyətdə tək qalsaq belə, İsraili müdafiə edəcəyik. Bunu bu gün gördünüz", - dedi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.