Dünya

Rusiyaya qarşı sanksiyalar zarafatdan betərdir

24 İyul 2014 13:06
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu açıqlamanı senator Makkeyn edib

Respublikaçı-senator Con Makkeyn Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyalarını "zarafatdan betər" adlandırıb.

Anspress-in məlumatına görə, "The Telegraph" agentliyinə müsahibəsində o bildirib ki, "Bu, zarafatdan betərdir. AB Rusiya qazından asılı olduğu müddətcə heç bir ciddi addım ata bilməyəcək".

Bundan əlavə, o, AB-nin hərəkətsizliyi fonunda Britaniyanın birtərəfli şəkildə bank məhdudiyyətləri tətbiq etməsinin daha doğru ola biləcəyini bildirdi. Lakin onun spözlərinə görə, çətin ki, Britaniya hökuməti belə bir addıma əl atsın. Belə ki, "Onlar bütün pulların Londonda qalmasını istəyirlər", - deyə o bildirib.

Qeyd edək ki, energetika üzrə Avropa komissarı Günter Ottinger Rusiyanın Avropaya neft və qaz təchizatının "sanksiyalar obyekti olmalı deyil" deyib. O bildirib ki, Rusiya neft və qaz təchizatına qarşı bütün sanksiyaları heç vaxt dəstəkləmədiyini bildirib.

Bu arada Almaniya kansleri Angela Merkel Ukraynada olan vəziyyətlə əlaqədar Rusiyaya qarşı "tutarlı iqtisadi aksiyaların" tədbiqinə çağırıb. Bundan əlavə, o bunun "mümkün olduğu qədər tez" həyata keçirilməsini istəyib.

21 iyul tarixində Britaniya baş naziri Devid Kameron Avropanı Rusiyaya qarşı sanksiyaların 3-cü mərhələsinə keçməyə çağırıb. Bu sanksiyalar müxtəlif yönlərdə eləcədə enerji sahəsində olacaq. Kameronun sözlərinə görə "Rusiya Ukraynadakı münaqişəni alovlandırdıqca onun Avropa bazarına, Avropa kapitalına, Avropanın elmi nailiyyətləri və texnologiyalarına çıxışı bağlanmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.