Dünya

Bu da ən uzun iftar süfrəsi - FOTO

24 İyul 2014 10:06
8 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə rekord uzunluqda iftar süfrəsi açılıb.

Anspress-in məlumatına görə, Türkiyədə Sivas şəhəri bələdiyyəsinin və yerli televiziyalardan birinin təşkilatçılığı ilə hazırlanan iftar mərasimi rekord göstərici ilə yadda qalıb. Belə ki, iftarda 20 min nəfər iştirak edib və iftar süfrəsi şəhərin məşhur İnönü bulvarı boyunca 1,5 km məsafədə uzanıb.

"Minlərlə insan tək bir süfrə" şüarı ilə təşkil edilən proqramda minlərlə insan azanın oxunması ilə bir süfrə başında, eyni anda iftarlarını açıb.

İftardan sonra dua edən mərasim iştirakçıları dualarında qəzzalıları da unutmayıblar və Allahdan onlara kömək diləyiblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.