Dünya

Kuril adaları yaxınlığında zəlzələ olub

24 İyul 2014 09:02
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar  yerli vaxtla 18:01-də  Şikotan adasından 60 km cənub-şərqdə, 50 km dərinlikdə qeydə alınıb.
 
Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.