Dünya

Bu oğlan heyrətamiz rekordlar vurur - VİDEO - FOTO

24 İyul 2014 13:56
3 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 yaşlı bu oğlanın hərəkətlərini yaşıdları ilə bahəm, dünyada tək-tük insan təkrarlaya bilər.

O, rolikdə yeni dünya rekordu vurub.
 

Milli.Az Barcroft Media-ya istinadən bildirir ki, Hindistanın Banqalor şəhərində yaşayan 6 yaşlı Qaqan Satiş yan-yana durmuş 39 avtomobilin altından sürüşərək keçib.

Satişin bu rolikli "keçid"ini Ginnesin Rekordlar Kitabının ekspertləri qeydə alıblar.
 

Çünki 6 yaşlı oğlan rolikli ayaqlarını yana, "şpaqat" açaraq yerdən cəmi 5 sm hündürlükdə hərəkət edə bilir.

Qaqanın dediyinə görə, ayaqlarını yana açaraq əyilməklə keçdiyi maşınların sayını daha da artıraraq rekordunu yeniləmək niyyətindədir.

"Rolikdə sürüşməyi çox sevirəm. 3 yaşım olanda artıq rolikdə sürüşürdüm. İndi məqsədim 100 avtomobilin altından keçməkdir. Üstəlik, Olimpiya Oyunlarına da yollanmaq istəyirəm", - Qaqan deyib.
 

6 yaşlı rekordsmenin anası, 28 yaşlı Hema Satişin sözlərinə görə, oğlunun arzusunun çin olması üçün dua edir.
 

Qaqanın atası, 30 yaşlı Rajanna Satiş isə bildirib ki, oğlunun daha yaxşı məşq etməsi üçün gərəkli şəraiti yaratmağa çalışır.
 

"Oğlum hər gün səhər saat 5-də yuxudan durur, 3 saat məşq edir, sonra məktəbə yollanır. Dərsdən qayıdandan sonra axşamlar da iki-üç saat məşq edir", - R.Satiş bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.