Dünya

Fransa prezidenti: "Evlənmirəm..."

23 İyul 2014 20:58
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Fransua Olland sevgilisi, aktrisa Juli Qaye ilə nəzərdə tutulmuş toy haqda xəbərləri təkzib edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Fransa mətbuatı cütluyun yaxın vaxtlarda rəsmi şəkildə evlənəcəyini bildirib.

"Bu, sadəcə mənim ad günüm olacaq, daha heç nə. Mənə hədiyyə edə bilərsiniz! Amma başqa səbəblərə görə hədiyyələr gətirmək lazım deyil", - deyə Olland "Europe-1" radiostansiyasının efirində bildirib.

Eyni zamanda daha əvvəl "Le Parisien" fransız qəzeti bildirib ki, 12 avqustda 60 illiyini qeyd edəcək Olland həmin gün Juli Qaye ilə rəsmi nikah bağlamağı planlaşdırır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.