Dünya

Azərbaycanlı milyarderdən inanılmaz qərar

23 İyul 2014 16:47
2 Şərh     Baxış: 2 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan azərbaycanlı milyarder, gəmiçilik və neft daşımaları maqnatı Mübariz Mənsimov yasa batıb

Virtualaz.org saytı Türkiyə saytlarına istinadən xəbər verir ki, Türkiyə hökumətinin İsrailin Qəzzada apardığı və çoxsaylı mülki şəxsin həlak olması ilə müşaiyət olunan hərbi əməliyyatları ilə bağlı ölkədə üç günlük yas elan etməsinə görə yeddiulduzlu istirahət və əyləncə mərkəzini bağlayıb.

Xəbərə görə, M.Mənsimovun Palmarində yerləşən Əyləncə adasındakı "Billionaire Club" üç gün müştərilərə xidmət etməyəcəyini elan edib. Bodrumda yerləşən digər istirahət məkanları və restoranlar isə sadəcə olaraq, musiqinin səsini yavaşıtmaqla kifayətləniblər.

Kurort bölgəsindəki gecə klubları isə əyləncə proqramlarını ixtisar ediblər. Həmçinin çimərliklərdəki açıq diskotekalarda şən mahnıların səsləndirilməsi dayandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.