Dünya

Türkiyə-Suriya sərhədində silahlı toqquşmalar başladı

23 İyul 2014 16:10
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə sərhəd ərazisində Türkiyə ordusu və PKK terror təşkilatının Suriya qanadı (PYD) arasında silahlı toqquşmalar başlayıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, hazırda Türkiyə Silahlı Qüvvələri vilayətdə mövqelərini möhkəmləndirirlər.

Həmçinin xəbər verilir ki, son həftələr ərzində PYD dəfələrlə Türkiyənin mövqelərini atəşə tutub.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, PKK terror təşkilatının Suriya qanadının aktivləşməsi ölkə üçün təhlükədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.