Dünya

Fələstin Prezidenti: "Hərbi əməliyyatlar sülh danışıqlarına mənfi təsir edir"

23 İyul 2014 13:00
0 Şərh     Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatları Fələstin-İsrail sülh danışıqlarına mənfi təsir edir". Bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib.

Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Qəzzada çoxlu sayda dinc sakinin ölümünə səbəb olan hərbi əməliyyatlar cəzasız qalmayacaq.

İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.

Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.