Dünya

Pakistanda ölən azərbaycanlı qadının kimliyi bilindi

23 İyul 2014 12:21
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otel otağında cəsədi tapılan qadının cənazəsi Bakıya gətirilir

Pakistanda vəfat edən azərbaycanlı qadının şəxsiyyəti bəlli olub.

Bu barədə məlumatı anspress-ə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.

Bu, Bibixanım Ağayevadır.

Məlumata görə, qadın şəkər xəstəsi olub: "Mərhumənin cənazəsi Pakistan xəstəxanasında müayinə olunub. Həkimlərin verdiyi rəyə əsasən, onun şəkəri qalxıb və bu səbəbdən də keçinib".

Səfirin sözlərinə görə, B.Ağayevanın cənazəsi bu gün Bakıya yola salınıb.

Qeyd edək ki, azərbaycanlı qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib. O, iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə uçub və iyulun 23-də geriyə qayıtmaq üçün bilet alıb.

Ağayeva Bibixanımın ölümü barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti onun qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.