Dünya

Yer kürəsi təhlükədə: alimlər narahatdırlar

23 İyul 2014 11:39
1 Şərh     Baxış: 4 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın şimalında yerləşən Yamal yarımadasında tapılan nəhəng qara dəliyin oxşarı tapılıb

Milli.Az-ın xezerxeber.com-a istinadən məlumatına görə, iki həftə əvvəl internetdə təxminən 80 metr genişliyində nəhəng bir dəliyin görüntüləri paylaşılsa da, çox keçmədi ki, onun oxşarı tapıldı.

Qeyd edək ki, yeni tapılan dəlik əvvəlki ilə müqayisədə xeyli kiçikdir. 15 metr genişliyində olan dəliyin içində qar olduğu bildirilir.

Xatırladaq ki, yerli camaatın bildirdiyinə görə, dəliyin meydana gəldiyi əraziyə 27 sentyabr 2013-ci ildə səmadan bir cisim düşüb.

İlk dəliyi araşdırmaq üçün bölgəyə gedən elm adamları və mütəxəssislər bunu qlobal istiləşmə ilə izah ediblər. Onların fikrincə, həddindən artıq istilər yerin alt təbəqlərində qaz partlamalarına səbəb olur və buna görə də qara dəlik yaranır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.