Dünya

Nelson Mandelanın seçilmiş sitatları

23 İyul 2014 11:16
1 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandela 1918-ci il iyulun 18-də anadan olub


Milli.Az buro247.az-a istinadən onun ən yaxşı sitatlarını təqdim edir.

1. Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.


2. Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan - qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.


3. Hər birimiz özümüzə sual verməliyik: stabil dünya, ölkəm və şəhərimdə firavanlıq uğrunda məndən asılı olan hər şeyi etmişəmmi?


4. Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.


5. Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir.

6. Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.

7. Bir çox işlər yalnız görülənə qədər mümkünsüz görünür.


8. Çətinliklər və səfalət bəzilərini məhv etsə də, başqalarını yaradır.

9. Dərk etmişəm ki, cəsurluq - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.


10. Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.


11. Heç vaxt yıxılmamaq - həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.

12. Heç kim doğulanda başqasına dərisinin rənginə, irqinə və ya dininə görə nifrət hissi ilə doğulmur. İnsanlar nifrət etməyi sonra öyrənirlər.  Onlara sevməyi öyrətmək lazımdır, çünki bu hiss insanın ürəyinə daha yaxındır.


13. Ən diqqətsiz insana belə məlumdur ki, ABŞ dünya üçün təhlükədir.

14. Unuda bilmərəm, amma bağışlaya bilərəm.

15. Övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına yeganə borcumuz onlara zorakılıq və qorxudan azad gələcək bəxş etməkdir.

Mandela 2013-cü il dekabrın 5-də 95 yaşında Yohannesburq şəhərində vəfat edib. O, uzun illər ağciyər infeksiyası xəstəliyindən əziyyət çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.