Dünya

"David qəsri"ni polis boşaltdı - FOTO

23 İyul 2014 12:06
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelanın mərkəzində yerləşən və inşası illər əvvəl yarımçıq qalan "David qəsri" (Tower of David) adlandırılan göydələndə "təmizləmə" işləri başlanıb.
 

45 mərtəbəli göydələn evsiz-eşiksizlər və sərgərdanların yaşayış məskəni idi.
 

Milli.Az CBS-ə istinadən bildirir ki, Venesuelanın paytaxtı Karakas polisindən verilən məlumata görə, 45 mərtəbəli göydələn son illər kriminal elementlər, narkotacirlər və muzdlu qatillərin yaşayış yerinə çevrilmişdi.
 

Bu göydələndə 1150 nəfər yaşayır.

Şəhər polisi göydələndən çıxarılan adamları şəhərin kənarındakı massivdə yerləşdirmək niyyətindədir.
 

Tikintisi 1994-cü ildə dayandırılmış göydələndəki skvatterlər polisə müqavimət göstərsələr də, onlar binadan çıxarılıblar.

Venesuela Prezidenti Nikolas Maduro göydələnin taleyi ilə bağlı heç bir açıqlama verməyib. Fəqət, binanın çinlilər tərəfindən satın alındığı vurğulanır.

ABŞ-da populyar olan "Homeland" teleserialının 3-cü seriyasında bir neçə epizod "David qəsri"ndə çəkilmişdi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.