Dünya

Rusiyanın müdafiə nazirinə qarşı cinayət işi

22 İyul 2014 22:11
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyquya və rusiyalı biznesmen Konstantin Malofeyeva qarşı cinayət işi qaldırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə XİN-in rəsmi saytında məlumat yayıb. Məlumatda deyilir ki, qurumun apardığı yoxlamalar nəticəsində bəlli olub ki, 2014-cü il martın 1-dən indiyədək Şoyqunun rəhbərlik elədiyi Rusiya Müdafiə Nazirliyinin xidməti şəxslərin dəstəyi ilə qanunsuz silahlı dəstələr yaradılıb və bu dəstələr hazırda Şərqi Ukrayna ərazisində - Donetsk və Luqansk vilayətlərində fəaliyyət göstərir.

"Həmin qanunsuz qruplara isə Rusiya vətəndaşlığı olanlar komandanlıq edirlər. Bu dəstələrin dövlət hakimiyyəti orqanlarına, Ukraynanın Silahlı Qüvvələrinə və Milli Qvardiyanın bölmələrinə, idarə və müəssisələrə quldur basqınları nəticəsində çoxsaylı insan tələfatları, dağıntılar, başqa ağır fəsadlar var", - deyə açıqlamada qeyd edilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.