Dünya

Beş iranlı orucunu pozduqlarına görə şallaqlandı

22 İyul 2014 17:55
2 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Beş İran vətəndaşı ölkənin qərbində yerləşən Kirmanşah şəhərində Ramazan orucunu pozduqlarına görə camaatın gözü qarşısında şallaqla döyülüb.

Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi xəbər yayıb.

Kirmanşah vilayəti prokurorunun müavini Əli Əşrəf Kərəmi bəyan edib ki, bu şəxslər oruc saatlarında hamının qarşısında qida qəbul etdiklərinə görə şallaq cəzasına məhrum ediliblər.

Kərəmi əlavə edib ki, hökm şəhərin dörd müxtəlif rayonunda yerinə yetirilib.

Ramazan ayında oruc tutmaq müsəlmanların dini borcu hesab edilir.

İyulun 13-də İran KİV İranın cənubunda yerləşən Şuraz şəhərində iki kişi Ramazan orucunun pozduqlarına görə şallaqla döyüldüklərini xəbər vermişdi.

Ölkənin Fars vialyətinin polis rəisi Əhməd Əli Qudarzi deyib ki, kişilərin hər birinə 80 şallaq vurulub.

Qudarzinin sözlərinə görə, Ramazan ayı zamanı ictimai yerlərdə qida qəbul etmək islam qanunlarına görə cinayət hesab olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.