Dünya

İŞİD-in növbəti hədəfi Avropadı

22 İyul 2014 23:12
4 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Müsəlmanların xəlifəsi" elan edilmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) lideri Əbu-Bəkr Bağdadi Avropadakı tərəfdarlarına müraciət edərək, İraq və Suriyada tam zəfər çaldıqdan sonra, Avropaya üz tutacaqlarını və "Əndəlüs torpaqlarında" (İspaniya) İslam xilafəti quracaqlarını bəyan edib.

"Xəlifə" İraq ərazisində savaşan terrorçulara müraciətində bildirib ki, Avropada xəlifəlik qurulduqdan sonra, avropalıların həyat və varidatı ona beyət edən və ardınca azı 10 nəfəri gətirən döyüşçülərin əlində olacaq. Bundan sonra Avropanın hər bir ölkəsində İslam xilafəti qurulacaq.

Beləliklə, özünü xəlifə elan etmiş Bağdadi sələfi olan Əməvi xilafəti kimi, Avropaya təcavüz edəcəklərini dilə gətirib. Xatırladaq ki, 8-ci əsrdə zorakılıqla xilafəti ələ almış Əməvilər də Əndəlüs torpaqlarına - İspaniyaya hücum edərək, 711-713-cü illərdə oranı işğal etmiş, həmin əraziləri xilafətin tərkib hissəsi elan etmişlər. Yerli əhalidən beyət alıb, özünə tabe etdirmiş Əməvilər 15-ci əsrədək Əndəlüsə hakim olmuşlar.

İndi də yeni elan edilmiş xilafət yeni iddiaları ilə çıxış edərək, hakimiyyətinin geniş əraziləri əhatə edəcəyi, hətta Avropa ərazilərini də xilafətə qatacağı mesajını verir. Tarixdən məlum olduğu kimi, özgə ərazilərin işğalı və həmin torpaqların xilafətə qatılması ənənəsi yüzillərlə müxtəlif xəlifələr tərəfindən gerçəkləşib. "Fəth" adı ilə tarixə düşən bu işğallar nəticəsində xilafətin əraziləri bir zamanlar İspaniya və Portuqaliya torpaqlarınadək, sonralar isə Balkanlaradək uzanıb. Həmin "fəthlər" zamanı baş vermiş savaşlarda minlərlə insan qətlə yetirilmiş, şəhərlər talan edilmiş, çoxlu sayda dinc insan, o cümlədən qadın və uşaqlar qul qismində əsir alınmışdır.

İŞİD liderinin bəyanatı günümüzdə sivilizasiyalar arasında gərginliyin artmasına və Avropa ölkələrində İslam və müsəlmanlara qarşı münasibətdə neqativ tendensiyaların güclənməsinə gətirib gətirib çıxara bilər. Belə bəyanatlar süni şəkildə "İslam təhlükəsi" faktorunu gündəmə gətirir ki, nəticə etibarilə bundan elə müsəlmanlar əziyyət çəkməli olur.
 

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.