Dünya

Ermənilər acından ölməmək üçün hər yola əl atırlar - FOTO

22 İyul 2014 11:45
3 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan əhalisinin böyük əksəriyyətinin yoxsulluq səviyyəsində yaşaması beynəlxalq araşdırma qurumları tərəfindən dəfələrlə elan edilib. Əksər hesabatlarda əhalinin yarısından çoxunun müəyyən olunmuş yoxsulluq dərəcəsindən də aşağıda yaşadığı göstərilib.

Milli.Az bildirir ki, bəzi hallarda Ermənistan höküməti bu hesabatları əsassız adlandırsa da, bəzi hallarda da heç bir fikir bildirməyərək sükuta üstünlük verib. Sükutun isə razılıq əlaməti olduğunu hər kəsə məlumdur.

Yerli istehsal olan planşet kompüterini fəxrlə təqdim edən Ermənistan hökümətinə ilk cavab elə əhalinin özündən gəlmişdi - yeməyə çörəyimiz yoxdursa, planşet kompüter nəyimizə gərək!?

Əhalinin güzəranı barədə heç bir tədbir görməyən, müəyyən dövlət proqramları hazırlasa da, onlara ayrılan vəsaiti mənimsəyən hökumət bu yaxınlarda rəhbəri Tiqran Sarkisyanın istefası ilə üzləşdi. Baş nazir kreslonu atıb qaçdı, çünki hökumət əhalinin yaralı barmağına "yod sürtə bilməmişdi."

Zaman irəlilədikcə Ermənistan əhalisi yaxşı həyat ümidindən bir az da uzaqlaşır - ölkədən köçür, etiraz edir, oğurluq edir, dilənir və s. Bu yaxınlarda diaspor təşkilatı tərəfindən təqdim olunan video indiki Ermənistanın əhalisinə göstərdiyi laqeydliyə gur işıq tutur. Sözügedən videonu "Ermənistan - simalar, yoxsa yoxsullar" adı ilə yayımlayan disapor qurumu heç bri şərh bildirmədən insanları gerçəkləri görməyə dəvət edib.

Videoda yoxsul, dilənçi, səfil, evsiz, küçələrdə gecələyən, yemək tapmaq ümidilə zibilliklərdə gəzişənlər, acından gözünü döyən körpələr, xaraba evlərdə ölüm-qalım mübarizəsi verən ailələr nümayiş etdirilib. Bununla diasporçular Serj Sarkisyan və onun rejiminə əslində xarabalıq və əhalinin əyilmiş belləri üzərində ucalan səltənətini göstərməyə çalışıblar.

Müşviq Mehdiyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.