Dünya

Ərdoğan: "Türkiyə birbaşa prezident idarəçiliyinə keçməlidir"

22 İyul 2014 10:52
1 Şərh     Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir

Trend-in məlumatına görə, bu barədə ölkənni Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər.

Baş nazir bildirib: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".

Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.