Dünya

Fələstində xəstələr və uşaqları hədəfə alıblar - FOTOSESSİYA

22 İyul 2014 12:00
5 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb Ölkələri Liqasının rəhbəri Nəbil əl Ərəbi Fələstinin Qəzza bölgəsinə nəzarət edən HƏMAS hərəkatını hərbi əməliyyatları dayandırmağa və atəşkəs rejimi ilə bağlı razılaşmanı qəbul etməyə çağırıb.
 

Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, əl Ərəbinin dediyinə görə, İsraillə Fələstin arasındakı danışıqlarda vasitəçilik edən Misirin təklifləri məqbul və məntiqidir.
 

"Qahirədə BMT-nin baş katibiPan Gi Munla danışıqlar apardıq. Sonra danışıqlara ABŞ-ın dövlət katibi Con Kerri də qatıldı", - əl Ərəbi deyib.

İsrail atəşkəs rejimi ilə bağlı Misirin təklifini qəbul edərək Qəzzadakı əməliyyatı dayandırmış, amma HƏMAS-in raket atışlarını davam etdirməsindən sonra "Sarsılmaz qaya" əməliyyatını bərpa etmişdi.
 

HƏMAS sülh prosesinə başlamağın ilkin şərti qismində İsraildən Qəzzanın blokadaya son qoymağını tələb edir.

İsrailin Qəzzanı bombardman etməyə başladığı gündən bəri 652 fələstinli həlak olub, 4500 nəfərdən artıq insan yaralanıb.

Dünən "Sarsılmaz qaya" əməliyyatının 14-cü günü idi.
 

Qəzza bölgəsindəki Deyr əl Bəlah şəhərindəki "Əl Əqsa" hospitalının İsrailin təyyarələri və artilleriya qurğuları, habelə tankları tərəfindən bombalanması nəticəsində 3-cü və 4-cü mərtəbələr darmadağın olub.

Xəstəxanada 7 xəstənin həlak olduğu bildirilir.

Qəzzanın Şecayi səmtində isə həlak olanların sayı 253 nəfərə çatıb.
 

Son günlərdə həlak olanların arasında uşaqların sayı sürətlə artıb.

Dünyanın bir çox ölkələrində İsrailin Qəzzadakı hərbi əməliyyatları işğal və vəhşilik adlandırılır, etiraz aksiyaları keçirilir.
 

Sadəcə, Rusiyanın Sankt-Peterburq şəhərində İsrailə dəstək aksiyası olub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.