Dünya

Canlı yayımda dava: "Bura gəl, şərəfsiz köpəkoğlu!" - VİDEO - FOTO

22 İyul 2014 13:02
1 Şərh     Baxış: 5 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İordaniyanın "JoSat" peyk telekanalının studiyasında dünən dava düşüb.
 

Fələstinin Qəzza bölgəsindəki vəziyyətə həsr olunmuş proqramın qonaqları tanınmış vəkil Samih Hrais və məşhur jurnalist Şakir əl Jəuisi idi.

Milli.Az bildirir ki, Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olan əl Jəiusi ilə Suriya prezidentini cinayətkar hesab edən Hraisin mübahisəsi davaya çevrilib.
 

İki ay əvvəl Məhəmməd əl Jəusi "7 Stars" telekanalının studiyasında da dalaşmışdı.
 

Fələstinin Qəzza bölgəsindəki qanlı olaylardan bəhs edərkən əl Jəiuisi baş verənlərə görə məsuliyyət daşıyanlar arasında Suriya prezidenti Bəşər Əsədin də olduğunu vurğulayıb.
 

"Bəşər Əsəd bir sıra silahlı qrupları himayə edir, onların İran vasitəsilə silah və texnika ilə təmin olunmasında vasitəçiliklə məşğul olur. Üstəlik, öz xalqına qənim kəsilmiş Əsəd rejiminin "müsəlman qardaşlığın"dan danışmağa haqqı yoxdur", - əl Jəusi deyib.

Tanınmış jurnalistin bu açıqlaması Samih Hraisi hiddətləndirib: "Bəsdirin! Siz imperialistlər və sionistlərin təbliğat maşınlarının dediklərini təkrarlamayın. Yalan danışmayın!"
 

Bu sözləri eşidəndə əl Jəiusi çılğınlaşıb: "Sən mənə ədalət və mənəviyyatdan danışırsan?! Bura gəl, şərəfsiz köpəkoğlu!" Yerindən duran əl Jəiuisi opponentini təpikləməyə, yumruqlamağa çalışıb.
 

Proqramın aparıcısı onu zorla sakitləşdirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.