Dünya

Putin yeni taktika seçir

18 Dekabr 2014 21:37
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Vladimir Putin Rusiyada fəaliyyət göstərən biznesmenlərlə görüş keçirəcək.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, sabahkı görüşdə Rusiyadakı şirkətlərin hazırda mövcud olan problemləri müzakirə ediləcək.

"Bu əslində ənənəvi görüşdür. Ölkə iqtisadiyyatında önəmli rol oynayan iş adamları ilə müzakirələr aparılacaq", deyə Peskov bildirib.

Rusiya mətbuatı yazır ki, görüşün əsas məqsədi rublun dəyərinin düşməsindən sonra Putinin biznesmenlərlə ciddi şəkildə danışıqların aparılmasıdır.

Qeyd edək ki, Putin bu gün keçirdiyi mətbuat konfransında iş adamları ilə görüşəcəyini demişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.