Dünya

13 yaşlı qızı böyük bacıları yatarkən zorladılar - FOTO

10 İyul 2014 16:20
1 Şərh     Baxış: 5 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qatarlarda təmizlikçi işləyən oğlan 13 yaşlı qızı zorlayıb və öldürüb. Həmin vaxt isə qızın bacıları yanında yatıblar.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Tailandda baş verib. Polis 22 yaşlı dəmir yol xidmətçisini saxlayıb. O pedofiliya və qətldə günahkar bilinir. O, qızı zorlayan zaman digər sərnişinlər kupedə yatıblar. Qatil işini bitirdikdən sonra azyaşlı qızın cəsədini qatardan atıb.

13 yaşlı Nonq Kaem ötən şənbə günü Surattani vilayətindən Bankoka qayıdan zaman itkin düşüb. Üç gün sonra onun cəsədi dəmir yolu xəttinin kənarında tapılıb.

Cinayətdə şübhəli bilinən dəmir yolu xidmətçisi Vançay Saenqao günahını etiraf edib. O deyib ki, şənbə günü digər işçilərlə birlikdə pivə içib. Sonra kupedə azyaşlı qızın yatdığı yerə girib. Huşunu itirənə qədər qızı boğub. Sonra isə zorlayıb. İşini bitirəndən sonra qızın iPhone, iPad və çantasını götürüb, özünü isə qatardan aşağı atıb.

Hadisə baş verən zaman qızın böyük bacıları da kupedə olublar. Ancaq onlar yuxudan ayılıb pedofilə mane olmayıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.