Dünya

Radikal dindarlara qəzəb: "Bu şərəfsizləri tutun!"

24 Oktyabr 2014 12:03
1 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsfahan şəhərində minlərlə insan küçələrə çıxaraq kütləvi etiraz aksiyası keçiriblər. Onlar qadınlara kimyəvi turşu ataraq onları şikəst qoyanların dərhal tutulub ən ağır cəzaya layiq görülmələrini tələb ediblər.
 

Polis nümayişçiləri güclə sakitləşdirib və cinayətkarların ən qısa zamanda tutulacağına söz verib.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İranda turistlərin ən çox axın etdikləri şəhərlərdən olan İsfahanda son vaxtlar qadınlara kimyəvi turşu atılması ilə bağlı cinayətlərin sayı sürətlə artıb.
 

Etiraz aksiyası keçirənlərin dediklərinə görə, bu cinayətləri törədən radikal dindarlar, mühafizəçilərdir.

"Onlar "açıq-saçıq" geyinməkdə suçladıqları, əslində isə ən uzağı saçı yaylığın altından bir qədər çıxmış qadınları hədəf seçirlər. Bu şərəfsizlərin cinayətlərinin araşdırılmasını, onların tutulmasını tələb edirik!" - nümayişçilərdən biri deyib.
 

Nümayişçilər İsfahan Şəriət və İnqilab məhkəmələrinin hakimlərinin istefasını tələb ediblər.
 

İranın Baş Prokurorluğunun sözçüsü Güan Hüseyn Möhsini isə İsfahandakı cinayətlərin ən təfərrüatlı şəkildə araşdırılacağını vəd edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.