Dünya

Səmaaltı İmperiya boğulur - VİDEO - FOTO

25 Aprel 2014 10:21
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində son illərin ən böyük qum fırtınası başlanıb. Ölkənin bir sıra vilayətlərində az qala göz-gözü görmür, nəfəs almaq belə çətinləşib. Hər tərəf qumdur.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Çinin şimal-qərbində 1996-cı ildən bəri ən güclü qum və toz tufanı tüğyan edir.

Olayla bağlı olaraq bu vilayətlərdə "qırmızı" rəngli təhlükə səviyyəsi elan olunub.
 

Qum və tozlu küləklərin sürəti 120 km/saata çatır. 20 metrdən uzağı görmək mümkün deyil.

Sinzyan Meteorologiya Bürosunun proqnozlarına görə, qum və toz tufanı bu axşam sakitləşəcək.
 

"Qumla toz tufanı qəflətən gəldi. Hava qaraldı. Nəfəs almaq, göz açmaq çətindir", - yerli sakinlər deyirlər.
 

Qum və toz tufanının səbəbi Rusiyanın Altay dağları üzərində formalaşmış antitsiklondur. O, Çinin şimal-qərbinə quru hava apararaq torpağı qurudub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.