Dünya

Onlar NATO ilə əməkdaşlıqdan imtina etdilər

24 Aprel 2014 14:06
1 Şərh     Baxış: 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynadakı vəziyyətlə əlaqədar NATO ilə təmasları dayandırır. Bunu KTMT-nin baş katibi Nikolay Bordyuja bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Cümə axşamı RİA Novosti agentliyində keçirilən mətbuat konfransında N.Bordyuja deyib: "Biz bu gün NATO-nun Ukrayna böhranı dövründə tutduğu mövqeyi nəzərə alaraq NATO ilə birgə fəaliyyət üzrə təmasların qurulması üzrə istənilən səyləri dayandırırıq".

Bordyuja bunu NATO-nun Rusiyanı və onun müttəfiqlərini "şantaj etməsi" ilə əsaslandırıb. "Bu gün NATO KTMT-yə üzv olan dövlətlərin bütün cəbhəsi boyu şantaj fəaliyyəti göstərir, <...> son aylar Rusiyanın hərəkətlərindən son dərəcə narahat olduqlarını nümayiş etdirirlər".

Qeyd edək ki, ötən həftə NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukraynanın ətrafındakı hadisələrlə əlaqədar təşkilatın döyüş hazırlığının gücləndirilməsi və təlimlərin keçirilməsi üçün müdafiə planlarını təkrar gözdən keçirmək niyyətindədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.