Dünya

Rəqqas güllələndi, şəhər qarışdı - FOTO

25 Aprel 2014 14:01
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yayda futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.

Lakin ölkənin ən böyük şəhəri Rio-de-Janeyroda ara qarışıb.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, ölkənin tanınmış rəqqaslarından biri, "Globo" telekanalındakı şoularda iştirakı ilə məşhurlaşmış rəqqas, 25 yaşlı Duqlas Rafael da Silva Pereyra güllələnib. Onun qatillərinin kimliyi, qətlin səbəbi bilinmir.
 

Pereyranın güllələnməsi xəbəri yayılandan az sonra Rio-de-Janeyronun ən böyük fevelalarından, yəni yoxsulların yaşadığı gecəqondu məhəllələrindən biri olan Pavao-Pvajinyuda iğtişaşlar başlayıb.
 

Aksiyaları dağıtmaq üçün favelaya xüsusi təyinatlı polis dəstələri yeridiləndə isə asayiş keşikçiləri ilə yerli sakinlər arasında atışmalar başlanıb.

Favelada iğtişaşlar hələ də davam edir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.