Dünya

Gəmilərin parçalandığı, yoxsulların öldüyü yer - FOTO

24 Aprel 2014 11:01
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burada köhnə gəmilər sökülür, parçalanır, metal tullantısı kimi bir yerə yığılır. Dəniz sahilindəki 8 kilometr uzunluğu olan ərazi dünyanın ən təhlükəli işlərindən birində çalışanların məkanıdır.


Milli.Az National Geographic-ə istinadən bildirir ki, Banqladeşdəki Çittaqonq gəmi parçalanması sahili (Chittagong Ship Breaking Yard) dünyada gəmilərin dağıdıldığı ən böyük məkandır. Burada hazırda 80 gəmi sökülməkdədir.

Banqladeşin polada olan ehtiyacının təxminən yarısının təmin edildiyi Çittaqonqda 200 min yerli sakin çalışır.


Gəmilər 25-30 il əvvəl istehsal olunduqlarından onlardan hələ uzun müddət istifadə oluna bilər. Lakin sığorta ödənişlərinin daimi artımı və təmir məsrəflərinin bahalaşması belə gəmilərdən istifadəni iqtisadi baxımdan əlverişsiz edir.


Banqladeşin ən müxtəlif yerlərindən gələn işçilər dəmir trosları gəmilərə bağlayaraq onları sahilə çəkir, sonra da asetilen yandırıcılardan istifadə edərək gəmiləri kəsir, parçalayır, tikələrə bölürlər.


Burada elə gün olmur ki, kimsə ölməsin, şikəst qalmasın.


Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.