Dünya

İtmiş təyyarə müəmması: dəhşətli sirr açılır - FOTO

24 Aprel 2014 12:02
7 Şərh     Baxış: 14 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avstraliyanın qərb sahillərinin yaxınlığında tapılmış metal qırıntısı "Malaysia Airlines" aviaşirkətinin yoxsa çıxmış Boeing 777-200 sərnişin təyyarəsinin qalığı deyil".
 

Avstraliyanın Milli Nəqliyyat Təhlükəsizliyi Bürosunun (ATSB) açıqlamasında belə deyilir.

Milli.Az CNN-ə istinadən bildirir ki, Avstraliyanın qərbindəki Auqusta şəhərinin sahillərindən 10 kilometr şərqdə, Hind Okeanında üzərində yiv izləri olan dördbucaqlı metal lövhəsi aşkarlanmışdı. Bu əşya Qərbi Avstraliya ştatının polisinə verilmiş, metalın fotoları isə araşdırılmaq üçün ATSB-yə yollanmışdı.
 

ATSB-nin direktoru Martin Dolanın sözlərinə görə, tapılan əşyanın itən təyyarənin qalığı olduğuna inanmır.
 

"Bu fotoşəkillərə diqqətlə baxmaq yetər ki, materialın sonrakı ekspertizasını dayandıraq", - M.Dolan söyləyib.

Malayziyanın müdafiə naziri, habelə nəqliyyat naziri səlahiyyətlərini icra edən Hişamuddin Hüseynin sözlərinə görə, "Bluefin-21" sualtı aparatı axtarış zonasının 80 faizini artıq araşdırıb: "İtən təyyarə ilə bağlı ola biləcək heç bir obyekt tapılmayıb".
 

AsiaOne isə bildirir ki, itən təyyarə təcrübəli pilotlar tərəfindən idarə olunub və uçuş zamanı hava şəraiti əlverişli idi.

"Belədə müəmmanın dəhşətli sirri açıla bilər: bir anlıq olsa belə, təsəvvür etmək olar ki, təyyarə raketlə vurularaq yerə salınıb. Raketin təyyarəyə dəyməsi nəticəsində layner parça-parça olub və onun qalıqları çox geniş areala səpələnib.
 

Bu, bir versiyadır. Digər versiya isə təyyarənin pilotlarının intihara əl ataraq layneri okeana salmalarıdır. Belədə qalıqlar çox məhdud arealdadır və onları tapmaq mümkün deyil", - ekspertlər vurğulayırlar.
 

Avstraliyanın müdafiə naziri Devid Constonun sözlərinə görə, martın 8-də yoxa çıxmış təyyarənin "qara qutu"larının olduğu güman edilən arealda artıq heç bir siqnal səsi glmir. Ekspertlərin fikrincə, "qara qutu"ların batareyalarında enerji bitdiyindən onlar "susur". O, bundan sonrakı axtarışlarda daha güclü hidrolokatordan istifadə olunacağını vurğulayıb.
 

Hazırda təyyarənin qalıqlarının olduğu bölgədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin "Bluefin-21" muxtar sualtı üzən qurğusundan da axtarışlarda istifadə olunur.

Təyyarə qalıqlarının 4,5 km dərinlikdə olduğu deyilir.
 

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan təyyarə səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.