Dünya

Məşhur şeyx mövqeyini dəyişdi

23 Aprel 2014 20:56
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir müddət əvvəl Misirin müvəqqəti hakimiyyətini dəstəklədiklərinə görə, Körfəz ölkələrini tənqid edərək onları "İslamdan uzaq" adlandıran Qərdavi, bu dəfə "Bütün Fars Körfəzi dövlətlərini çox sevirəm və onlar da məni çox sevir" bəyanatı ilə çıxış edib.

Milli.Az İslam.az-a istinadən bildirir ki, şəxsi elektron ünvanı vasitəsi ilə bəyanat verən Yusif əl-Qərdavi bildirib ki, bundan öncə Körfəz dövlətləri əleyhinə dedikləri onun şəxsi mövqeyi olub, yaşadığı Qətər dövlətinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.

"Bütün Fars Körfəzi dövlətlərini çox sevirəm və onlar da məni çox sevir. Bu ölkələrin hamısı eyni vətən və eyni yurddur", - deyə Qərdavi bildirib.

Qeyd edək ki, əslən misirli olan Qərdavi "Müsəlman Qardaşları" təşkilatını dəstəklədiyi və Misirin müvəqqəti hakimiyyətinə qarşı çıxdığı üçün Körfəz ölkələri tərəfindən tənqid edilmişdi.

"Müsəlman Qardaşları"nı dəstəklədiyi üçün rəsmi Qətər ilə Körfəz ölkələri arasında başlayan soyuq münasibətlər hələ də davam edir. Qərdavinin də bu münasibətləri normallaşdırmaq məqsədilə bu bəyanatını verdiyi güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.