Dünya

Skype, Facebook və Twitter Rusiyada qadağan edilə bilər - YENİLƏNİB

23 Aprel 2014 12:57
1 Şərh     Baxış: 2 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasında "antiterror" qanunu üçüncü oxunuşda qəbul edilib


12:57

Rusiyada qəbul olunmuş antiterror qanunvericiliyi dünyaca məşhur Skype, Facebook və Twitter kimi sosial servislərin bu ölkə ərazisində istifadəsini qadağan edə bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya Dövlət Dumasının qəbul etdiyi qanuna əsasən, internet servislər Rusiyadakı istifadəçilərin məlumatlarını ən azı 6 ay ərzində saxlamalıdırlar. Əks təqdirdə həmin xidmətlərin Rusiya ərazisində istifadəsi qadağan ediləcək.

Dəyişiklik Rusiyanın "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması" haqqında qanunda edilib. Dəyişikliyə əsasən, sosial şəbəkələr bütün yazışmaları 6 ay ərzində qorumalıdırlar. Artıq bu şərtlər xarici sosial şəbəkələrin rəhbərliyinə göndərilib.

----------
10:49

Rusiyada qəbul edilmiş yeni qanun layihəsinə görə, istifadəçilər barədə məlumatları Rusiya ərazisində saxlamayan xarici internet-servislər bağlana bilər.

Anspress-in məlumatına görə, "antiterror" qanunu dünən Rusiya Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib.

Ekspertlərin qiymətləndirməsinə görə, xarici şirkətlər yeni qanunu yerinə yetirməzlərsə, onların Rusiyada fəaliyyəti dayandırıla bilər.

Yeni qanuna görə, "Gmail" və "YouTube"un sahibi olan "Google" və "Skype"ın sahibi olan "Microsoft", həmçinin "Facebook" öz istifadəçilərinin yazışmasının Rusiyada yerləşən serverlərdə saxlamalıdırlar. Yəni "Yandeks", "Mail.ru", "Rambler" və "VKontakte" kimi davranmalıdırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.