İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə İran həbsxanalarında olan qadın məhbuslar üçün amnistiya elan edib. Bu barədə Trend İranın İSNA agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbərin(s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının 20-dək İran həbsxanalarında həbsdə saxlanılan qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş olunub.. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat yoldaşı həbsdə olan qadınlara, borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.
Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yarısının bağışlanması nəzərdə tutulub.
Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış şəxslərə tətbiq olunmayacaq.
Qeyd edək ki, bu gün (aprelin 20-si) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günüdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Meksikada da zəlzələ oldu
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
XƏBƏR LENTİ
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- Yadplanetlilər haqda daha bir film çəkəcək
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?
- UEFA “Barselona”nı cərimələdi
- Çox asan hazırlanan dadlı peçenye RESEPTİ
- Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
- Meksikada da zəlzələ oldu
- Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
- Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
- İmran Əliyev hava limanında saxlanıldı
- Qadınların kişi seçəndə etdiyi səhvlər: İLK 3
- Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı
- Məhsulları internetdə necə təhlükəsiz satmaq olar? – Fırıldaqçıların məşhur sxemləri
- Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
- Qəzzada ölən uşaqların sayı açıqlandı
- Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - VİDEO - FOTO
- Ermənistanda xəstəliyi olanlar da orduya çağırılacaq
- “iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq
- Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək