Dünya

Yeddi yaşlı əkizlər maşın oğrusunu döydülər - VİDEO

20 Aprel 2014 16:16
0 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın San-Dieqo şəhərində cani ananın gözü önündə içində üç uşağının olduğu maşını qaçırıb.

Milli.Az lifenews.ru-ya istinadən bildirir ki, qadın Pasxa ayininə qatılmaq üçün kilsəyə gedirmiş. Küçədə bir neçə dəfə gördüyü biriylə salamlaşıb. Qəfildən kişi onun maşınına minib aradan çıxıb.

Həmin an maşında yeddi yaşlı əkiz oğlanlar və 1 yaşlı körpə varmış. Əkizlər özlərini itirməyərək maşını qaçıranı oyuncaq ilanla döyməyə başlayıblar.

"Onlar dünən bu oyuncağı mağazadan alıblar. Əvvəlcə mən onlara onu almağa icazə vermirdim. Amma fikirləşirəm ki, Tanrı bilirmiş ki, bu oyuncaq bu gün mənim balalarıma lazım olacaq", - uşaqların anası Lüsiya Losada deyib.

Maşın oğrusu uşaqları maşından  atıb. Uşaqlar sağ qalıblar və vəziyətləri  normaldır. Canini tutmaq isə mümkün olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.