Dünya

Ukraynada yenidən qan töküldü: 5 ölü

20 Aprel 2014 14:56
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın Slavyansk şəhərində ötən gecə buraxılış-keçid məntəqəsində atışma baş verib. Anspress-in məlumatına görə, Rusiya dövlət telekanalının məlumatına görə, avtomobillərə baxış üçün qurulmuş blokpostda atışma zamanı 3 rusiyayönümlü etirazçı və 2 naməlum şəxs ölüb. Daha bir şəhər sakini isə yaralanıb.

Rusiya televiziyası naməlum şəxslərin bir neçə avtomobildə gələrək, birinci atəş açdıqlarını xəbər verir.

"Donbass xalq cəbhəsi"nin rəhbərinin müavini Serqey Tsıplakov isə jurnalistlərə müsahibəsində bu məlumatı nə təkzib, nə də təsdiq edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.